Mokakids.az

~3 dəqiqə oxuSəsli nağıl22 oktyabr 2026

Moka Land ailəvi əyləncə mərkəzi

Ana sərçə balasını yuvada qoyub yem dalınca getdi. Sərçə balası çör-çöpdən düzəlmiş yuvada tək qaldı. Birdən bərk külək əsdi. Sərçə balasını yuvadan yerə saldı. O uça bilmirdi. Axı onun qanadları hələ bərkiməmişdi.

Sarı pişiyin ona sarı gəldiyini görüb özünü tələsik bir bağçaya saldı. İsti bir tərəfdən, qorxu bir tərəfdən onu əldən salmışdı. Ürəyi elə döyünürdü ki, elə bil indi yerindən çıxacaq.

Bağçada, çiçəklərin arasında balaca bir qız oturmuşdu. Elə özü də çiçəyə bənzəyirdi. Qızcığaz pişiyin bala sərçənin dalınca gəldiyini gördü. Dərhal qalxıb pişiyi qovdu. Sərçə balasını götürüb dimdiyinə su damcılatdı.

Quşcuğaz özünə gələndən sonra qızcığaz onun üçün torpağa çörək qırıntıları səpdi. Sərçə balası çörək qırıntılarını dənləyib çiçəklərin arasında o baş-bu baş gəzməyə başladı.

Günlər beləcə keçirdi. Qızcığaz sərçəni pişikdən qoruyur, hər gün ona dən və su verirdi. Qızcığaz artıq sərçə balasına yamanca öyrəşmişdi.

Bir səhər qızcığaz yenə bağçaya getdi. Nə qədər axtardısa da, sərçə balasını tapa bilmədi. O düşündü ki, pişik sərçə balasını tutub. Buna görə də çox kədərləndi. Qızcığaz bağçada oturub sərçə üçün ağlayırdı. Qızcığazın səsini eşidən bağban ona yaxınlaşdı.

– Çiçək balam, şəkər balam, niyə ağlayırsan?

– Niyə ağlamayım, ay baba, sarı pişik, gombul pişik sərçə balasını apardı. Gərək mən onu burda qoymayaydım.

– Yox, mənim əziz balam, sərçə balasını pişik tutmayıb!

– Bəs onda o hanı?!

– O sərçəni anası gəlib tapdı və birlikdə uçub getdilər.

Qızcığaz gülümsədi, gözünün yaşını balaca əlləri ilə sildi. O gündən sərçə balasının yolunu gözləməyə başladı. O inanırdı ki, sərçə balası nə vaxtsa qayıdacaq.

Həmişə bağçadakı alma ağacının budaqlarına qonan sərçələr arasında sərçə balasını axtarırdı. Ona elə gəlirdi ki, o tanımasa da, sərçə balası onu görən kimi tanıyacaq, gəlib onun çiyninə qonacaq.

Pinqvin Puçi

Bir nağıl seç, qulaq as və yuxuya get ⭐️

Bütün nağıllar

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

  • Uşağın oyun vaxtı canlı ekranda
  • Bonus xallar: 5 gəliş — pulsuz içki, 10 gəliş — pulsuz giriş
  • Bütün filiallar bir tətbiqdə
Google PlayApp Store
Moka Kids tətbiqi