Mokakids.az

İngilis nağılı

~3 dəqiqə oxuSəsli nağıl6 noyabr 2026

Balacanızın ad gününə hədiyyə: əyləncə mərkəzinə PULSUZ giriş!

Bir evin bağçasında qonur kiçik, ağ pişik, boz dovşan və tükləri təzə-təzə çıxmağa başlayan qarğa balası çox yaxşı dost idilər. Bu dörd yaxın dost hər gün birlikdə oynayardı. Axşam düşəndə hərə öz yuvasına qayıdırdı.

Kiçik evin içində sobanın yanındakı bir sandıqda yaşayırdı; ocağın çırtıltısını dinləyər, şad-xürrəm yuxuya gedərdi. Pişik odunluqda yaşayırdı. Odunluğun küncündəki samanların arasına girər, orada sakitcə yatardı. Boz dovşan yaş torpağın içində özünə yuva açıb orada gecələyərdi. Torpaq ətrini xoşlayırdı, səhərə qədər yumşaq torpağın sərinliyi ilə yatırdı. Qarğa balası isə ağacdakı yuvasında yarpaqların xışıltısını dinləyərək şirin yuxular görürdü.

Bu şirin heyvanlar hər gün yeni oyun oynayardılar. Kiçik yumaqlar tapıb gətirər, pişiyin qarşısında onları atıb-tutar, hərdən də onunla qaçdı-tutdu oynayardı. Qarğa balası yarpaqları bir yerə toplayıb toplar düzəldərdi. Doyunca qaçıb-tullanardılar.

Kiçik bir gün dedi:

– Artıq yeni bir oyun fikirləşməliyik.

– Necə oyun? – dovşanla pişik soruşdular.

– Bir az düşünək, – qarğa balası dilləndi.

– Mən tapdım! – kiçik dedi. – Gəlin, bu axşam yerlərimizi dəyişdirək.

– Anlamadıq! – o birilər təəccüblə soruşdular.

– Burada çətin nə var ki? – kiçik tapdığı oyunu izah etməyə başladı.

Dostlar kiçiyin dediyi kimi oynadılar. Pişik gecələmək üçün qarğanın yuvasına çıxdı. Kiçik dovşanın torpaq altındakı yuvasına girdi, dovşan kiçiyin yatdığı sandığa yerləşdi, qarğa isə yatmaq üçün samanların arasına girdi.

Gecə düşdü. Külək əsməyə, yağış yağmağa başladı.

Dovşan balası yata bilmədi. Ocağın səsindən qorxur, bir tərəfi yanacaq deyə gözünü belə qırpmırdı.

Kiçik də yata bilmirdi. Torpaq çox nəm idi. Yarpaqların üstünə düşən yağış damcıları xoşagəlməz səslər çıxarırdı. Kiçik həm qorxudan, həm də soyuqdan tir-tir əsirdi.

Pişiyin də yuxusu qaçmışdı. Külək əsdikcə ağacların yellənməsi, yarpaqların xışıltısı onu hürküdürdü.

Qarğa balası samanların arasında nəfəs ala bilmədiyinə görə o da yata bilmirdi.

Sonra gecəyarısına yaxın dostların dördü də:

– Oynamıram! – deyə bağıraraq yuvalardan sıçrayıb həyətə qaçışdılar. Sonra hərə öz yuvasına yollandı.

Öz yuvalarında səhərə qədər mışıl-mışıl yatdılar.

Pinqvin Puçi

Bir nağıl seç, qulaq as və yuxuya get ⭐️

Bütün nağıllar

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

  • Uşağın oyun vaxtı canlı ekranda
  • Bonus xallar: 5 gəliş — pulsuz içki, 10 gəliş — pulsuz giriş
  • Bütün filiallar bir tətbiqdə
Google PlayApp Store
Moka Kids tətbiqi