Mokakids.az
3–6 yaş Məktəbəqədər nağıllar

İki xəsis ayı balasının nağılı

~4 dəqiqə oxuSəsli nağıl15 oktyabr 2026

Moka Land ailəvi əyləncə mərkəzi

Büllur dağların o tayında, ipək çəmənliklərin arxasında, görünməmiş, keçilməz, sıx meşəlik var idi. Bu meşənin tam dərinliyində yaşıl bir ana ayı iki balası ilə yaşayırdı. Ayı balaları bir qədər böyüdükdən sonra həyatda öz xoşbəxt yollarını sərbəst axtarmağa qərar verdilər.

Əvvəlcə onlar anaları ilə vidalaşmağa gəldilər. Yaşıl ana ayı balalarını qucaqlayaraq hər vaxt bir-birindən ayrılmamalarını onlara tapşırdı.

Beləliklə, ayı balaları müstəqil yola düzəldilər. Bir xeyli gedəndən sonra onlar bir yekə dilim pendir tapdılar. Qardaşlar pendiri aralarında bölüşdürmək istədilər, lakin bacarmadılar. Xəsislik ayı balalarının gözünü tutmuşdu. Hər biri elə hesab edirdi ki, o biri qardaşına daha çox pendir çata bilər. Onlar çox mübahisə etdilər, bir-birinin üstünə nərildədilər. Bu zaman haradansa bir tülkü peyda oldu.

– Nə üstündə mübahisə edirsiniz, ay cavanlar? – deyə tülkü soruşdu.

Ayı balaları öz çətinlikləri haqqında tülküyə danışdılar. Tülkü dedi:

– Bunun nəyi çətindir ki, gəlin, mən sizin aranızda pendiri bölüm. Onsuz da mənim üçün fərqi yoxdur hansınız böyük, hansınız kiçiksiniz.

– Nə yaxşı oldu! – ayı balaları sevindilər. – Bölüşdür görək!

Tülkü pendiri götürərək iki yerə böldü. O, pendiri bilərəkdən elə böldü ki, tikələrin bərabər olmadığı ilk baxışdan bilinsin. Bir tikə o birindən çox böyük idi. Ayı balaları çığırdılar:

– Bir tikə o birindən böyükdür!

Tülkü onları sakitləşdirdi:

– Sakit olun, dəliqanlılar, bunun da bir çarəsi var! İndi mən hər şeyi yoluna qoyaram.

Tülkü pendirin böyük hissəsindən iri bir diş vuraraq tikəni uddu. İndi də bayaqkı kiçik hissə böyük oldu.

– İndi də bərabər olmadı! – ayı balaları yenə qışqırdılar.

– Özüm bilirəm, qoyun işimi görüm! – tülkü onlara cavab verdi.

Tülkü indi də o biri hissədən bir diş vuraraq uddu.

– Yenə də bərabər olmadı! – ayı balaları hirslənərək qışqırdılar.

Ağzı dadlı pendirlə dolu olan tülkü güclə danışaraq ayı balalarına dedi:

– Darıxmayın, az qaldı, bir qədər də üzərində işləyim, tam bərabər olacaq.

Beləliklə, hiyləgər tülkü pendiri bölüşdürməyə davam etdi. Gah bu tikədən, gah o biri tikədən dişləyərək hissələri guya bərabərləşdirməyə çalışırdı. Ayı balaları isə qara burunlarını ora-bura tərpədərək tülkünün işini izləyirdilər. Nəhayət, tülkü bu hiylə ilə pendiri yeyərək qarnını doyurdu.

Pendir hissələri bərabərləşəndə artıq onlardan kiçik bir tikə qalmışdı.

– Pendir tikələri az olsa da, əsas odur ki, bərabərdirlər! Nuş olsun, ayı balaları! – deyən tülkü quyruğunu bulayaraq qaçdı.

Ayı balaları çox məyus oldular, lakin iş-işdən keçmişdi. Bu hadisə onlara dərs oldu.

Xəsislik edənlərin halı həmişə belə olur.

Pinqvin Puçi

Bir nağıl seç, qulaq as və yuxuya get ⭐️

Bütün nağıllar

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

  • Uşağın oyun vaxtı canlı ekranda
  • Bonus xallar: 5 gəliş — pulsuz içki, 10 gəliş — pulsuz giriş
  • Bütün filiallar bir tətbiqdə
Google PlayApp Store
Moka Kids tətbiqi