Mokakids.az

~3 dəqiqə oxuSəsli nağıl13 oktyabr 2026

🎃 Moka Land-da Halloween əyləncəsi! 👻

Balaca bir şəhərdə kasıb dərzi qadın yaşayırdı. Bu dərzi qadının bir qızı var idi. Onlar o qədər kasıb yaşayırdılar ki, anası balaca qızcığaza verməyə yemək belə tapa bilmirdi. Onlar elə belə də kasıb yaşayacaqdılar, amma bir gün möcüzə baş verdi.

Səhər tezdən qız meyvə yığmaq üçün meşəyə getdi. Bütün günü çalışdı, meyvə yığdı, axşam mahnı oxuya-oxuya evə dolu səbətlə döndərdi ki, meşədən çıxanda qabağına qoca bir qarı çıxdı. Qarı dedi:

— Qızım, mənə bir az meyvə ver!

Qız çox xeyirxah idi. Gülümsəyərək səbəti qarıya uzatdı:

— Nənəcən, nə qədər istəyirsən, götür!

Qoca qarı cəmi üç dənə meyvə götürdü və dedi:

— Sağ ol, qızım. Sənin bu xeyirxahlığına qarşı bu küpəni sənə hədiyyə edirəm. Bu sözləri yaxşı yadında saxla: "Bir, iki, üç! Sıyıq bişir!" Onda bu küpə sənin üçün dadlı sıyıq bişirəcək. Yeyib doyandan sonra isə belə de: "Bir, iki, üç! Daha sıyıq bişirmə!" Küpə daha sıyıq bişirməyəcək.

Qız çox sevindi, qarıya təşəkkür etdi və küpəni götürüb evə qaçdı. Olanları anasına danışdı. Ana qızını qucaqladı və sevinclə dedi:

— Daha heç vaxt ac qalmayacağıq!

Beləcə, onlar hər gün küpə sayəsində qarınlarını doyururdular.

Bir gün qız evdə yox idi. Anası acmışdı və sehrli küpəni əlinə götürüb dedi:

— Bir, iki, üç! Sıyıq bişir!

Küpə o saat sıyığı hazırlamağa başladı. Sıyıq o qədər dadlı idi ki, ana yedikcə doymaq bilmirdi. Başı elə qarışdı ki, sehrli sözlər onun yadından çıxdı. Küpə isə sıyıq bişirməkdə davam edirdi.

Ana qorxdu və dedi:

— Bir, iki, üç! Küpə, dayan!

Küpə isə dayanmaq bilmirdi. Sıyıq isə artıq masanın üstünə tökülürdü. Ana yenə qışqırdı:

— Bir, iki, üç! Küpə, dayan deyirəm!

Sıyıq isə getdikcə artıb artıq otağın içinə tökülməyə başlamışdı. Ana yenə qışqırmağa başladı:

— Bir, iki, üç! Sıyıq istəmirəm!

Sıyıq isə daha da artıb pəncərədən küçəyə tökülməyə başladı. Sıyıq artdıqca artıb bütün şəhəri basdı, sonra çay kimi axmağa başladı.

Elə bu zaman qız özünü evə çatdırdı və qışqırdı:

— Bir, iki, üç! Sıyıq bişirmə!

O saat küpə dayandı.

Ah, nə gözəl gün idi! Bütün heyvanlar, quşlar, şəhər əhalisi bu dadlı sıyıqdan doyunca yedilər!

Pinqvin Puçi

Bir nağıl seç, qulaq as və yuxuya get ⭐️

Bütün nağıllar

Bu bölmədən daha çox

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

  • Uşağın oyun vaxtı canlı ekranda
  • Bonus xallar: 5 gəliş — pulsuz içki, 10 gəliş — pulsuz giriş
  • Bütün filiallar bir tətbiqdə
Google PlayApp Store
Moka Kids tətbiqi