Mokakids.az

Keçmiş zamanlarda iki uşaq dostluq edirdi. Onlar qonşu idilər. Oğlanın adı Murad, qızın adı isə Aysel idi.

Qış fəsli idi. Bir gün onlar pəncərənin qabağında oturub havada uçuşan qar dənəciklərinə tamaşa edirdilər.

— Çox maraqlıdır, — deyə Murad Ayseldan soruşdu. — Görəsən, qarın da kraliçası var?

Kənarda oturan nənə cavab verdi:

— Əlbəttə, var. O, gecələr küçələrdə öz taxtında uçur və pəncərələrə baxır.

Bu zaman pəncərənin şüşələrində buzdan naxışlar əmələ gəldi. Qar kraliçası oğlanın dediklərini eşitmişdi.

Bundan qorxan Aysel qorxaraq dedi:

— O, bizi dondura bilər?

Murad ayağa durub Ayselnın qorxusunu yenmək üçün qəhrəmancasına dilləndi:

— Qoy hələ bir cəhd eləsin! Mən onu isti sobaya salaram, əriyər.

Ertəsi gün uşaqlar yenə pəncərənin qabağında oturub küçəyə tamaşa edirdilər. Pəncərə bir qədər açıq idi. Birdən Murad qışqırdı:

— Ay aman, nəsə mənim gözümə və ürəyimə toxundu!

Yazıq oğlan bilmirdi ki, bu, Qar kraliçasının buz güzgüsündən qırılan bir parça idi. Bu buz parçası onun ürəyini buza döndərməli idi.

Bir gün uşaqlar meydana çıxıb oynamağa getdilər. Onlar şən halda oynayarkən birdən böyük bir ağ xizək peyda oldu. Uşaqlar gözlərini açıb ona baxmağa macal tapmamışdılar ki, Murad öz xizəyinin ipini həmin böyük xizəyin arxasına ilişdirdi.

Ağ xizəyin içərisində Qar kraliçası əyləşmişdi. Qar kraliçasının xizəyi oradan böyük sürətlə uzaqlaşdı. Onlar Muradla birlikdə böyük Buz sarayına daxil oldular. Sehrlənmiş Murad Ayselnı da, nənəsini də yadından çıxartdı. Axı onun ürəyi buza dönmüşdü.

Ancaq Aysel Muradı yadından çıxarmadı. O, Muradı axtarmağa başladı. Qayıqla minib göz işlədikcə uzanan çayın ətrafı ilə onu axtarmağa getdi.

Tezliklə qayıqçı bir bağçanın yanında dayandı. Qızın qarşısına bir cadugər çıxdı. O fikirləşdi: "Nə gözəl qızdır!"

Aysel soruşdu:

— Siz Muradı görməmisiniz?

— Yox, görməmişəm. Murad sənin nəyinə lazımdır? Mənim yanımda qal, burada mehribancasına yaşayaq!

Cadugər öz gözəl bağçasını göstərdi. Burada çox gözəl çiçəklər vardı, hərəsi bir nağıla bərabər idi. Hər tərəf günəş şüaları ilə işıq saçırdı. Bura çox gözəl idi, amma Aysel burada qalmadı. O, Muradı axtarmağa davam etdi.

Yolda ona qoca bir qarğa rast gəldi. Aysel ondan da Muradın yerini soruşdu. Qarğa dedi:

— Deyəsən, mən Muradı görmüşəm. İndi o, kraliçanın sarayında yaşayır.

Aysel həmin saraya getməyə çalışdı. Quldurlar onu tutdular. Quldurbaşının qızı istəyirdi ki, Aysel burada onunla bir yerdə qalsın. Amma Ayselnın başına gələnləri biləndə onu buraxmaq qərarına gəldi. Özünün sevimli şimal maralına əmr etdi ki, qızı Murad olan yerə aparsın.

Maral Ayselnı belinə mindirib gecə-gündüz qaçmağa başladı. O artıq yorulmuş, əldən düşmüşdü. Birdən Qar kraliçasının sarayı göründü. Maral artıq gedə bilmirdi. Qızcığaz düşüb özü irəliləməyə başladı.

Aysel saraya çatıb yavaşca içəri daxil oldu. Qar kraliçası öz buz taxtında əyləşmişdi. Ayaq tərəfində isə Murad buz parçaları ilə oynayırdı. O, Ayselnı tanımadı, heç nə hiss etmədi, axı onun ürəyi buza dönmüşdü.

Aysel onu qucaqlayıb ağlamağa başladı. O elə ürəkdən ağlayır və dostluq xatirələrindən elə yanğılı danışırdı ki, Muradın ürəyinin buzu əriməyə başladı. Murad elə bil yuxudan ayıldı və qışqırdı:

— Aysel!

Aysel ağlaya-ağlaya dedi:

— Murad, mənim əziz dostum! Sən məni tanıdın. Bu an Qar kraliçasının tilsimi sındı.

Artıq onlar qorxmurdular. Murad və Aysel evlərinə döndülər və əvvəlki kimi dostluq edib şən yaşamağa başladılar.

Pinqvin Puçi

Bir nağıl seç, qulaq as və yuxuya get ⭐️

Bütün nağıllar

Bu bölmədən daha çox

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

  • Uşağın oyun vaxtı canlı ekranda
  • Bonus xallar: 5 gəliş — pulsuz içki, 10 gəliş — pulsuz giriş
  • Bütün filiallar bir tətbiqdə
Google PlayApp Store
Moka Kids tətbiqi