Günlərin birində bir kəndli meşədə əlcəyini yerə saldı.
Yaxınlıqdan keçən balaca siçan yerdəki əlcəyi görcək soruşdu:
– Bu komada, komacıqda kim yaşayır?
Suala cavab verən olmadı, siçan da əlcəyin içinə girib orada yaşamağa başladı.
Dovşan meşədə qaçırdı. Birdən əlcəyi görüb ona yaxınlaşıb dedi:
– Bu komada, komacıqda kim yaşayır?
– Mən, balaca siçanam, burada yaşayıram! Bəs sən kimsən?
– Mən atılıb-düşən dovşanam.
– Gəl bir yerdə yaşayaq.
Dovşan içəri girdi. Onlar ikisi də əlcəyin içində yaşamağa başladılar.
Meşədə qaçan tülkü əlcəyi görcək yaxınlaşıb dedi:
– Bu komada, komacıqda kim yaşayır?
– Biz, balaca siçan, bir də atılıb-düşən dovşan! Bəs sən kimsən?
– Mən tülkü lələyəm.
– Gəl bizimlə yaşa.
Onlar əlcəyin içində üçlükdə yaşamağa başladılar.
Yaxınlıqdan ayı keçirdi. O da əlcəyi gördü və yaxınlaşıb dedi:
– Bu komada, komacıqda kim yaşayır?
– Biz, balaca siçan, atılıb-düşən dovşan, tülkü lələ, bir də boz canavar! Bəs sən kimsən?
– Mən ayıyam – nərildəyə bilirəm.
– Gəl sən də bizimlə yaşa.
Bu vaxt it hürdü. Kəndli meşədə göründü. Heyvanlar qorxaraq hərəsi bir tərəfə qaçıb gizləndilər. İt isə əlcəyi yerdən götürüb sahibinə gətirdi.







