Mokakids.az

~2 dəqiqə oxuSəsli nağıl13 oktyabr 2026

🎃 Moka Land-da Halloween əyləncəsi! 👻

Saxtalı qış şəhərlərindən birində boz canavar ova çıxdı. Çaya tərəf getdi. Gördü ki, sahildə bir pişik var. Pişik oturub balıq tuturdu. Vedrənin yarısı balıqla dolu idi.

Canavar pişikdən balıqları almaq istəyirdi ki, bu vaxt tülkü peyda oldu:

— Canavar, sən nə edirsən? Acından vicdanını da itirmisən, nədir? Onsuz da, pişik balıqları bizimlə böləcək də.

— Əşi, istəyirsiniz, lap hamısını götürün, — pişik dedi, sonra da tilovu təkrar çaya atdı.

— Ay səni, çox sağ ol, — tülkü sevindi. — Əgər belədirsə, biz ayını da qonaq edə bilərik ki...

— Düz deyirsən, tülkü lələ, — canavar boynunu qaşıdı. — Heç olar ki, ayını qonaq etməyək?..

Tülkü lələ balığı üç hissəyə böldü. Az olan hissəni canavara saxladı, qalan iki hissəni isə kisəyə yığdı. Kisəni belinə atdı, quyruğunu oynadaraq meşəyə tərəf qaçdı.

Pişik canavara baxıb dedi:

— Ay maymaq! Heç tülküyə də inanırlar? İlin bu vaxtı balıq ayının nəyinə lazımdır? O bütün qışı öz yuvasında yatır.

O gündən qəzəblənən canavar tülkünün dalınca düşüb onu axtarır, amma hələ də tuta bilmir.

Pinqvin Puçi

Bir nağıl seç, qulaq as və yuxuya get ⭐️

Bütün nağıllar

Bu bölmədən daha çox

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

  • Uşağın oyun vaxtı canlı ekranda
  • Bonus xallar: 5 gəliş — pulsuz içki, 10 gəliş — pulsuz giriş
  • Bütün filiallar bir tətbiqdə
Google PlayApp Store
Moka Kids tətbiqi